featured-image-30553

“Mançester Yunayted” gələn mövsüm Çempionlar Liqasında iştirak etməyi təminat altına aldı. Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq heyətin gücləndirilməsinə ehtiyac olduğunu deyib:

“Gələcək inkişaf üçün bu yaxşı təməldir. Lakin standartlar və tələblər dəyişməlidir. Biz yayda bu heyətlə hazırlıq keçəcəyik. Amma qarşıdakı transfer pəncərəsində heyətin gücləndirilməsinə ehtiyac olacaq.

Titul uğrunda mübarizə aparmaq istəyirik, lakin bu real görünməlidir. Nə var, odur.

İndi bundan uzağıq, ona görə də çox iş görməliyik. Əgər yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bizə ən yaxşı futbolçular lazımdır”.

ANAR

Bənzər xəbərlər