featured-image-24870

İngiltərə millisinin sabiq üzvü Hari Lineker BBC kanalının əsas futbol şousunun aparıcısı vəzifəsindən azad olunub.

Msport.az xəbər verir ki, buna səbəb əfsanəvi futbolçunun hökumətin miqrantlarla bağlı yeni qanununu tənqid etməsi olub.

Lineker Boyük Britaniyanın qaçqınlarla bağlı siyasətini Almaniyanın nasizim dövründəki addımları ilə müqayisə edib.

Qeyd edək ki, Britaniya hökuməti qeyri leqal miqrantlara sığınacaq verilməsini sərtləşdirmək istəyir. Lineker bunu tənqid edərək yazıb ki, Britaniya digər böyük Avropa ölkələrindən daha az qaçqın qəbul edəcək. O bunu sərt siyasət adlandırıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər