featured-image-53259

İngiltərə Premyer Liqasının 2-ci turunda “Mançester Siti” “İpsviç Taun”la qarşılaşıb. Msport.az xəbər verir ki, “şəhərlilər” bu oyunda 4:1 hesabı ilə qələbə qazanıb.

Erlinq Holand bu matçda het-trik edib. “İpsviç” 23-cü komandadır ki, norveçli hücumçu ona qarşı oynayıb. Qeyd edək ki, Holand bu 23 klubun hər birinə ən azı 1 qol vurub.

O, 2022-ci ildən “Mançester Siti”nin heyətində çıxış edir. Futbolçunun müqaviləsi 2027-ci ilə kimidir.

Bənzər xəbərlər