featured-image-60072

Bu gün “Mançester Siti” ilə müqaviləsinin müddətini uzadan Erlinq Holand İngiltərə Premyer Liqası tarixinin ən yüksək ödənişli futbolçusu olacaq.

Msport.az xəbər verir ki, norveçli hücumçu “şəhərlilər”lə 2034-cü ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

24 yaşlı forvard həftəyə 500 min funt-sterlinq qazanacaq. Bu müqaviləyə qədər Holand komanda yoldaşı Kevin de Brüynedən (ilinə 20,8 funt-sterlinq) sonra ən yüksək maaş alan 2-ci futbolçusu idi.

 

 

 

Bənzər xəbərlər