featured-image-65204

“Nant”ın futbolçusu homofobiya əleyhinə aksiyada iştirakdan imtina etdiyi üçün cərimələnəcək.

Msport.az xəbər verir ki, hücumçu Mostafa Məhəmməd Liqa1-in 34-cü turunda “Monpelye” ilə oyunda iştirakdan imtina edib.

Həmin tur Fransa çempionatında homofobiyaya qarşı mübarizə şüarı ilə keçirilib. Bütün komandalar göy qurşağı rənglərində liqa loqosu və üzərindən qırmızı xətt çəkilmiş “homofobiya” sözü olan formalarla meydana çıxıb. “Nant” misirli forvardı böyük məbləğdə cərimələyəcək. Cərimə məbləği xeyriyyə məqsədilə ianə ediləcək.

Qeyd edək ki, Mostafa Məhəmməd ardıcıl 3-cü dəfə homofobiyaya qarşı keçirilən aksiya çərçivəsindəki oyunda iştirakdan imtina edir. Klub onu həm 2023, həm də 2024-cü illərdə eyni səbəbdən cərimələmişdi.

Bənzər xəbərlər