Hoylund “İnter”ə qarşı oynaya bilməyəcək
“Napoli”nin hücumçusu Rasmus Hoylund İtaliya A seriyasının 8-ci turunun “İnter”lə oyununda iştirak edə bilməyəcək.
Msport.az xəbər verir ki, danimarkalı futbolçunun zədəsi hələ tam sağalmayıb. “Napoli” rəsmiləri ümid edirlər ki, forvard vacib oyunda komandasına kömək edə biləcək. Lakin forvard son məşqdə özünü yaxşı hiss etməyib.
Hoylund bu mövsüm “Napoli”də bütün turnirlərdə 6 oyunda 4 qol vurub. O, cari mövsümdə Neapol klubunun ən sərrast futbolçusudur.







