featured-image-65152

“Mançester Yunayted”in hücumçusu Rasmus Höylund “Çelsi” ilə oyunun (0:1) ikinci hissəsinə qolunda ağıllı saatla çıxıb.

Msport.az xəbər verir ki, futbolçu cihazı sarğı ilə örtsə də, bu, hakimin diqqətindən yayınmayıb.

Qolunda saatla təxminən 5 dəqiqə oynayan danimarkalı sonra onu çıxarmaq məcburiyyətində qalıb.

Premyer Liqanın cari mövsümündə Höylund 31 oyunda 4 qol vurub. “Mançester Yunayted” isə 39 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər