featured-image-62913

“Mançester Yunayted” “Ayntraxt”ın hücumçusu Uqo Ekitikeni transfer etmək istəyir.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” mümkün keçidin dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Ancaq Ekitike hücum xəttinə yeganə namizəd deyil. Onun alternativləri Benyamin Şeşko (“Leypsiq”), Viktor Qyokereş (“Sportinq”) və Viktor Osimhendir (“Napoli”, hazırda icarə əsasında “Qalatasaray”da çıxış edir).

Qeyd edək ki, Uqo Ekitike “Ayntraxt”a ötən il PSJ-dən keçib.

Bənzər xəbərlər