featured-image-57107

“Bayern”in hücumçusu Matteyis Tell yanvar ayında icarəyə verilə bilər.

Msport.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçunu icarəyə götürməkdə “Ştutqart” maraqlıdır.

Tell az oyun vaxtı qazanır, buna görə də, Münhen klubu yanvarda gələcək təklifləri dəyərləndirməyə hazır olacaq.

Əvvəllər “Verder” və “Nottingem Forest”in 19 yaşlı forvardı transfer etməyə hazır olduqları bildirilirdi.

Tell “Bayern”in heyətində cari mövsümdə bütün yarışlarda iştirak etdiyi 7 matçda 2 dəfə start heyətində meydana çıxıb.

Bənzər xəbərlər