featured-image-68299

36 yaşlı Mats Hummels Dortmund “Borussiya”sında vida matçıa çıxıb.

Msport.az xəbər verir ki, o, “Yuventus”la yoldaşlıq görüşündə (1:2) iştirak edib.

Almaniyalı müdafiəçi oyuna kapitanlıq sarğısı ilə start heyətdə meydana daxil olub. O, cəmi 18 dəqiqə sonra yerini Niklas Süleyə verib.

Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib. O, “Bavariya”da 3 mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. Mats 2024-cü ilin sentyabrında alman “Borussiya”dan ayrılaraq “Roma”ya keçib və daha sonra kluba qayıdıb. Hummels Almaniya millisi ilə DÇ-2014-ün qalibi olub.

Bənzər xəbərlər