featured-image-34730

Millimizin futbolçusu Cəlal Hüseynov yeni klubu “Arda”da debüt matçına çıxıb.

Msport.az xəbər verir ki, komanda Bolqarıstan çempionatının 4-cü turu çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb və bu mövsümdəki ilk qələbəsini qazanıb – 2:0.

Müdafiəçimiz bu matçda forma geyinmək şansı əldə edib. O, 73-cü dəqiqədə meydana daxil olaraq yeni komandasında debüt edib.

Hazırda “Arda” 4 oyundan sonra 5 xal toplayıb.

Bənzər xəbərlər