featured-image-48709

Bolqarıstan çempionatında mövsümə yekun vurulub.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” son görüşünü keçirib.

Cəlalın komandası 36-cı turda “Botev”in qonağı olub və səfərdə 1:0 hesablı qələbəyə sevinib.

Hüseynov 86-cı dəqiqədə meydana buraxılıb. “Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.

Bənzər xəbərlər