featured-image-21593

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Konyaspor”dan ayrılmayacaq. Msport.az xəbər verir ki, bosniya və herseqovinalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Lakin Konya təmsilçisi 34 yaşlı qolkiperə yeni təklif göndərib. Bu haqda klubun prezidenti Fatih Özgökçen məlumat verib:

“Qapıçımız Şehiş və oyunçumuz Zumer Byütyüki ilə müqavilənin uzadılmasına dair ilkin razılıq almışıq. Ailələrini və menecerlərini gözləyirik. Müqaviləni uzatmaqla bağlı problem yaranmayacaq”.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə Ağdam klubunun şərəfini qoruyub. O, daha sonra Türkiyənin “Ərzrumspor” klubuna transfer olunub.

AYXAN 

Bənzər xəbərlər