İbrahimov “Mançester Yunayted”lə peşəkar müqavilə imzaladı
“Mançester Yunayted” Akademiyasında çıxış edən Əmir İbrahimov “qırmızı şeytanlar”la ilk peşəkar müqaviləsini imzalayıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı forvardla sözləşmənin detalları açıqlanmayıb.
İbrahimov Dağıstanda anadan olub. O, milli komanda səviyyəsində artıq İngiltərənin U-U15 və U-16 yığmalarında çıxış edib.
“Mançester Yunayted”lə ilk peşəkar müqaviləmi imzaladığım üçün çox şadam. Heç nə dəyişmir, iş davam edir” deyən İbrahimov sosial şəbəkədəki səhifəsində #əlhəmdulillah həştəqi əlavə edib.