featured-image-23934

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra meydana çıxıb. Msport.az isveçli futbolçu İtaliya A seriyasının 24-cü turunda “Atalanta” ilə matçda (2:0) forma geyinib. O, 74-cü dəqiqədə Olivye Jirunu əvəzləyib.

Xatırladaq ki, 41 yaşlı forvard mayda əməliyyat olunmuşdu və o vaxtdan bərpa dövrü keçirdi.

İbra ötən mövsüm “Milan”ın heyətində 27 oyunda 8 qol vurmuşdu və 3 məhsuldar ötürmə vermişdi.

“Rossoneri” xallarının sayını 47-ə yüksəldərək prinsipial rəqibləri “İnter”ə çatıblar. Aktivində 41 xalı olan “Atalanta” isə 6-cı yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər