featured-image-28883

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “Monsa” klubuna keçə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Mənbənin sözlərinə görə, isveçli futbolçu hələ bir il də “Milan”da qalmaq istərdi. Lakin rəhbərlik hələ ki 41 yaşlı forvardın gələcəyi ilə bağlı yekun qərar verməyib. Əgər “Milan” İbrahimoviçlə müqaviləni uzatmaq istəməsə, “Montsa” onu transfer etməyə çalışacaq.

Təcrübəli oyunçu ağır zədə səbəbindən bu mövsüm cəmi 4 matçda meydana çıxıb və 1 qol vurub. O, ötən çempionat komandasına skudettonu qazanmaqda kömək edib.

ANAR 

Bənzər xəbərlər