featured-image-40693

“Milan”ın sabiq futbolçusu Zlatan İbrahimoviç İtaliya klubuna qayıtmağa hazırlaşır.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, 42 yaşlı keçmiş forvard Direktorlar Şurasına daxil olacaq. İbrahimoviç kluba kömək məqsədi ilə “Milan”ın sahibi Cerri Kardinalla əməkdaşlıq edəcək.

Qeyd edək ki, o, yayda karyerasını başa vurduğunu açıqlamışdı.

Bənzər xəbərlər