İbrahimoviç Reşfordun “Milan”a gəlməsini istəyir
“Milan”ın sahibinin müşaviri vəzifəsində çalışan Zlatan İbrahimoviç Markus Reşfordun transfer olunmasını istəyir. Msport.az xəbər verir ki, isveçli əfsanəvi futbolçu Reşfordun “Mançester Yunayted”dən mövsümün sonunadək icarəyə götürülməsini məsləhət görüb.
Karyerasını “Milan”da başa vuran İbra hesab edir ki, ingiltərəli forvardın gəlişi “rossyoneri”nin hücum xərtini gücləndirə bilər. Kristian Pulişiç və Rafael Leau zədələndikdən sonra “Milan” hücumda ciddi çətinliklər yaşayır.
Qeyd edək ki, İbrahimoviçlə Reşford 2016-2018-ci illərdə “Mançester Yunayted”də çıxış ediblər.
27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına kimidir.