featured-image-31101

Zlatan İbrahimoviç karyerasını başa vurduğunu elan edərkən göz yaşlarını saxlaya bilməyib. Msport.az xəbər verir ki. 41 yaşlı hücumçu “Milan” – “Verona” oyunundan (3:1) sonra qərarını açıqlayıb.

İsveçli futbolçu vida çıxışı zamanı ağlayıb. “Milan”ın yarımmüdafiəçisi Sandro Tonali də buna emosional reaksiya verib.

Vida mərasimi zamanı stadionun monitorunda Zlatanın “Milan”dakı yaddaqalan oyunlarından kadrlar nümayiş etdirilib. Daha sonra İbraya komanda yoldaşlarının imzası olan forma hədiyyə olunub.

media-ruea1ad54d34c

ANAR ABDULLAYEV

Bənzər xəbərlər