featured-image-51163

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç İtaliyanın “Milan” komandası ilə peşəkar müqavilə bağlayıb.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, anlaşmaya əsasən, 18 yaşlı hücumçu yeni mövsümdə C Seriyasında mübarizə aparan “Milan Futuro” kollektivinin formasını geyinəcək.

Qeyd edək ki, ötən mövsüm “Milan”ın gənclər komandasında yer alan forvard 29 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər