İdman jurnalistlərimiz beynəlxalq turnirdə üçüncü oldular – FOTO
Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.
Msport.az xəbər verir ki, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb.
Yığma 8 ölkənin yer aldığı tunririn B qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.
Komanda 6 xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib.
Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.
Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə yarışa qatılıb.