featured-image-36499

Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb.

O, bir nəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. Dımçenko 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 – 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.

Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.

Bənzər xəbərlər