IFFHS yeni mükafat təsis etdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yeni mükafat təsis edib.
Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ildən dünyanın ayın ən yaxşı futbolçusu seçilir.
Artıq yanvarın ən yaxşısı müəyyənləşib. Bu ada “Liverpul”un hücumçusu Məhəmməd Salah layiq görülüb. Misirlini “Real”ın fransalı forvardı Kilian Mbappe izləyib.
İlk “üçlüy”ü isə “Barselona”nın braziliyalı vingeri Rafinya qapayıb.