featured-image-39527

Almaniya II Bundesliqasının XIII turunda keçirilmiş “Sankt-Pauli” – “Hannover 96” oyununda iğtişaşlar baş verib.

Msport.az xəbər verir ki, nəticədə 32 nəfər xəsarət alıb, onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Hadisə qonaq azarkeşlərin yer aldığı tribunada başlayıb və bu, daha sonra toqquşmaya çevirilib. Matç bir neçə dəqiqəlik dayansa da, sonradan bərpa olunub.

Qarşılaşmadan sonra tərəfdarlar Hamburq küçələrində polisə hücum ediblər. Hadisələrlə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bənzər xəbərlər