İkardi “Milan”a keçə bilər
PSJ-nin hücumçusu Mauro İkardinin “Milan”a keçmək şansı var.
Msport.az xəbər verir ki, parislilər İkardini 15-20 milyon avroya satmağa hazırdı. “Rossoneri”lər üçün bu qiymət uyğun olsa da, onlar Maurodan illik 7 milyon avroluq maaşını endirməsini istəyir. Argentinalı bu transferin baş tutması üçün maliyyə tələblərini azaltmalı olacaq. İkardinin özü “Milan”da oynamaq istəyir.
İkardinin ötən mövsümü çıxış etdiyi “Qalatasaray”a qayıtmaq ehtimalı da var.
Qeyd edək ki, İkardi ötən mövsüm ərzində meydana çıxdığı 25 oyunda 23 qol vurub, 8 assist edib.
Royal Türksoy







