İkardi mövsümü erkən başa vurdu
Qalatasaray”ın futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.
31 yaşlı hücumçu Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Tottenhem”lə görüşündə xəsarət alıb. Onun ayağında xaçvarı bağlar qırılıb. Argentinalı əməliyyat olunacaq. O, cari mövsüm meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Qalatasaray” İngiltərə klubuna 3:2 hesabı ilə qalib gəlib.