İkardi “Qalatasaray”ı tərk edəcək?
“Qalatasaray” mövsümün sonunda hücumçusu Mauro İkardi ilə yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, argentinalı forvard hazırda bu variantı nəzərdən keçirir.
31 yaşlı futbolçu zədəsini sağaltdıqdan sonra əsas heyətdəki yerini qaytaracağına əmin deyil. Üstəlik, o, bir neçə klubun maraq dairəsindədir. Konkret olaraq “Fiorentina”, “Atalanta”, “Real Sosyedad”, “Jirona” və “Vilyarreal” İkardini gələn mövsümün heyətində görməkdə maraqlıdırlar.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından “Qalatasaray”ın formasını geyinir.