İkardi “Real Madrid”ə keçir?
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az “Tuttomercato” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” argentinalı hücumçu ilə maraqlanır.
Madrid təmsilçisinin qışda forvard üçün qışda 15 milyon avro təklif göndərə bilər.
Qeyd edək ki, İkardi cari mövsüm bütün turnirlərdə 20 oyuna 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







