featured-image-21448

“Qalatasaray”ın futbolçusu Mauro İkardi və xanımı Vanda Nara növbəti qalmaqalla gündəmə gəliblər.

Msport.az xəbər verir ki, Vanda Dubaya “Spartak”ın hücumçusu Keyta Balde ilə görüşə yollanıb. Vanda ilə Balde bir oteldə qalıblar.

İkardi onun səfərindən bank kartından çıxılan pullar vasitəsi ilə xəbər tutub. Daha sonra argentinalı futbolçu Baldenin həyat yoldaşına mesaj yazaraq olanlardan onu da xəbərdar edib. “Qalatasaray”ın forvardı bu yazışmaları sosial şəbəkələrdə paylaşsa da, sonradan silib.

İkardi Balde ilə “İnter”də bir yerdə çıxış edərkən Vandanın seneqallı futbolçu ilə ona xəyanət etməsindən şübhələnmişdi. O zaman İkardi təhlükəsizlik kameralarına baxarkən görmüşdü ki, Keyta Vandanın yanına evə gəlir.

Bütün bunlardan xəbər tutan “Qalatasaray” azarkeşləri Baldenin, həyat yoldaşının və “Spartak”ın sosial şəbəkələrdəki səhifələrinə “hücum” ediblər.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər