featured-image-30139

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının yarımfinalında “Yuventus” üzərində qələbəni (2:1) dəyərləndirib.

Msport.az xəbər verir ki, İspaniya klubu əlavə vaxtda vurulan qol hesabına finala yüksəlib:

“Biz məşqçilər korpusu “Sevilya”ya gəldik ki, əlimizdən gələni edək, hələ ki hər şey yaxşıdır.İki böyük klubu – “Yunayted” və “Yuve”ni mübarizədən kənarlaşdırdıq. İndi isə Budapeştdə digər möhtəşəm komandaya və böyük məşqçiyə qarşı oynayacağıq. Bura gələndə insanlar gözləmirdi ki, buna nail olaq, lakin bacardıq. Biz finala çıxmağa layiq idik.

“Yuventus”la oyunda dominant tərəf idik, hesabı açdıq. Onlar nə lazımdırsa etdilər, lakin hesabı bərabərləşdirdik.

Əla komandaya və mənim kimi illərdir futbolda olan məşqçiyə (Mourinyo-red) qarşı çıxış edəcəyik.  Lakin o, həmişə qazanır, mən bu qədər qalib gələ bilməmişəm”.

ANAR

Bənzər xəbərlər