İki futbolçu Türkiyə millisinin heyətində çıxarıldı
Türkiyə millisinin futbolçuları Cengiz Ünder və Hakan Çalhanoğlu Almaniyaya qarşı yoldaşlıq, Uelslə AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Msport.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ünder məşqçilərin qərarı ilə yekun heyətdə yer almayıb.
İtaliya “İnter”ində çıxış edən Hakan Çalhanoğlu isə səhhəti ilə əlaqədar, həmçinin övladı dünyaya gələcəyi üçün düşərgədən ayrılıb.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 18-də səfərdə Almaniya ilə üz-üzə gələcək. Komanda üç gün sonra Uelsi qəbul edəcək.