featured-image-29591

“İnter”in baş məşqçisi Simone İndzagi “Milan”la Çempionlar Liqasının yarımfinal oyunundan (2:0) danışıb. Msport.az xəbər verir ki, o, əla görüş keçirdiklərini bildirib:

“Biz iki topdan çox vura bilərdik, lakin bu əla oyun oldu. Artıq bir neçə mərhələ keçmişik, bilirik ki, irəlidəyik. Cavab matçında  azarkeşlərimiz bizim yanımıızda olacaqlar. Arzularımızı reallığa çevirmək üçün çox güc sərf etməliyik.

72 saatdan sonra bizi “Sassuolo” ilə çox vacib oyun gözləyir. Fiziki cəhətdən yaxşı bərpa olmalıyıq. Bu matçlara çoxlu güc sərf etməliyik. İndi futbolçuların vəziyyətini nəzərə alacağıq.

Bəzi oyunçular meydandan bədənləri göyərərək çıxdılar. Üç gün vaxtımız olacaq ki, “Sassuolo” ilə görüşə hazırlaşaq”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər