featured-image-30238

“Bayern” Almaniya Bundesliqasının 33-cü turunda öz meydanında “Leyptsiq”ə 1:3 hesabı ilə uduzub. Msport.az xəbər verir ki, Münhen klubunun baş məşqçisi Tomas Tuhel məğlubiyyəti belə şərh edib:

“Oyuna yaxşı başladıq. Hesabda önə keçdik və 2-ci qolu vura bilərdik. 30-cu dəqiqədən sonra oynamadıq. İkinci hissədə meydanda yox idik.

Bunu izah edə bilmirəm. Görürəm ki, məşqdə əhval-ruhiyyə yaxşıdır. Baş verənlərə izahım yoxdur”.

Bu məğlubiyyətdən sonra “Bayern” çempion olmaq şansını çətinə salıb. İndi “Borussiya Dortmund” iki oyunda qalib gəlsə, qızıl medallara sahib olacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər