featured-image-59135

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyas (İFFHS) 2024-cü ilin ən yaxşı futbol hakiminin adını açıqlayıb.

Msport.az xəbər verir ki, İFFHS-in keçirdiyi səsvermədə fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşısı seçilib.

Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.

Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə ən yaxşı adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə 7-ci yeri tutub.

Bənzər xəbərlər