İlin ən yaxşı gənc futbolçusu
Mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan İspaniya “Real”ına keçən Cud Bellinqem 2023-cü ilin ən yaxşı gənc oyunçusu olub.
Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına əsasən, bu ada layiq görülüb.
İngiltərəli oyunçu 276 xalla bütün rəqiblərini qabaqlayıb.
Almaniyanın “Bavariya” klubundan Camal Musiala (120) ikinci, İspaniya “Barselona”sından Qavi (82) üçüncüdür







