featured-image-20000

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.

Msport.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.

20 yaşlı futbolçu 115 xalla bütün rəqiblərini geridə qoyub. İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala tutubsa, xorvatiyalı Yoşko Qvardiol üçüncü olub.

2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerlə kifayətlənib.

1. Cud Bellingem (İngiltərə, “Borussiya”, Dortmund) – 115
2. Camal Musiala (Almaniya, “Bayern”) – 95
3. Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”) – 55
4. Qavi (İspaniya, “Barselona”) – 35
5. Eduardo Kamavinqa (Fransa, “Real”) – 30
6. Pedri (İspaniya, “Barselona”) – 20
7. Kərim Adeyemi (Almaniya, “Zalsburq”/“Borussiya”, D) – 15
8. Nuno Mendes (Portuqaliya, PSJ) – 10
9. Yunus Musa (ABŞ, “Valensiya”) – 5
10. Ansu Fati (İspaniya, “Barselona”) – 5

Bənzər xəbərlər