İlin ən yaxşı gənc oyunçusu - Lamin Yamal
“Barselona”nın yarımmüdafiəçisi Raymon Kopanın adını daşıyan ən yaxşı gənc futbolçu mükafatını alıb. Msport.az xəbər verir ki, bu mükafat yaşı 21-ə çatmayan oyunçulara verilir.
İspaniya millisinin üzvü 2024-cü ildə də analoji mükafata sahib olmuşdu. Yamal “Qızıl top”u qazanmağa əsas namizədlərdən biri hesab olunur.