featured-image-41440

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı klub məşqçisini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, səsvermə nəticəsində “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola hamını qabaqlayıb.

1. Pep Qvardiola (“Mançester Siti”, İngiltərə) – 281 səs

2. Karlo Ançelotti (“Real”, İspaniya) – 56

3. Luçiano Spaletti (“Napoli”, İtaliya) – 53

4. Simone İnzagi (“İnter”, İtaliya) – 51

5. Fernando Diniz (“Fluminense”, Braziliya) – 33

6. Mikel Arteta (“Arsenal”, İngiltərə) – 30

7. Xaci (“Barselona”, İspaniya) – 26

8. Ange Postekoqlu (“Tottenhem”, İngiltərə) – 12

9. Umay Emeri (“Aston Villa”, İngiltərə) – 8

10. Yurgen Klopp (“Liverpul”, İngiltərə) – 6

Qeyd edək ki, Xosep Qvardiola cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

 

Bənzər xəbərlər