featured-image-41416

İngiltərə Premyer Liqasında 2023-cü ilin rəmzi komandası müəyyənləşib.

Msport.az ESPN nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” və “Arsenal” “11-lik”də daha çox futbolçu ilə təmsil olunub.

Adı çəkilən komandaların hərəyə 3 üzvü heyətə düşüb. Əvəzində “Mançester Yunayted”dən heç kim buna layiq görülməyib.

Premyer Liqada ilin rəmzi komandası:

Qapıçı: Emiliano Martines (“Aston Villa”)

Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Uilyam Saliba (“Arsenal”), Ezri Konsa (“Aston Villa”), Den Bern (“Nyukasl”)

Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Deklan Rays, Martin Edeqor (hər ikisi “Arsenal”)

Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Erlinq Holann (“Mançester Siti”), Xın Min Son (“Tottenhem”).

Bənzər xəbərlər