"İlk səhvdəcə bizi cəzalandırdılar" - Ukraynanın kapitanı
Ukrayna milli komandasının kapitanı Taras Stepanenko Avro-2024-ün ilk oyununda Rumıniyaya 0:3 hesablı məğlubiyyəti şərh edib. Msport.az xəbər verir ki, “Şaxtyor”un futbolçusu böyükhesablı məğlubiyyətə görə çox məyus olduqlarını deyib:
“Mən çıxışımışa görə çox məyusam. Bu gün biz həmişəki komanda deyildik. Rumıniya qələbəyə layiq idi. Biz isə irəli getməliyik. Bizim daha iki oyunumuz var, güclü olmalıyıq və vəziyyəti dəyişməliyik.
Bəzən pis hadisələr ən vacib anda baş verir, bu gün də belə oldu. Oyna nəzarət edirdik, topu saxlayırdıq, lakin ilk səhvdəcə bizi cəzalandırdılar.
Stançunun qolunu – Avro-nun ən gözəl qolu adlandırardım. Amma düzünü desəm, əmin idim ki, ikinci hissədə daha aqressiv oynayıb, qol vurub, vəziyyəti dəyişə bilərik. Təəssüf ki, bu baş vermədi”.