featured-image-30242

İlkay Gündoğan “Barselona”ya keçməkdən imtina edib “Mançester Siti”də qalacaq. Msport.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Almaniya millisinin üzvü “şəhərlilər”lə müqaviləni uzatmağa çox yaxındır. “Siti” rəhbərliyi 32 yaşlı futbolçuya 1 ildən daha uzun müddətli müqavilə təklif etməyi qərara alıb. Bununla əlaqədar olaraq, yarımmüdafiəçi komandada qalmaq qərarına gəlib.

İlkay bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 42 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər