İlkay Gündoğan: “Çempionlar Liqasını qazana bilərik”
“Çempionlar Liqasında finala yüksələ, hətta turnirin qalibi də ola bilərik”.
Msport.az xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun futbolçusu İlkay Gündoğan “sport.es” saytına açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi hər oyunda irəli getmək istədiklərini söyləyib: “Rəqiblərə yox, özümüzə diqqət etməliyik. Komandanın bacarıqlarını bilirəm. Xoşbəxtlikdən, daha əvvəl bu turniri qazanmış baş məşqçimiz və 4-5 futbolçumuz var”.