İlkay Gündoğan “Qalatasaray”a keçir?
İspaniyanın “Barselona” klubunun futbolçusu İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, “Qalatasaray” 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
İddiaya görə, “sarı-qırmızılar”ın rəhbərliyi Almaniyada “Bavariya”ya 1:2 hesabı ilə uduzduqları matçdan əvvəl oyunçunun agenti ilə görüşüblər. Futbolçudan müsbət rəy alan klub rəsmiləri Kataloniya təmsilçisi ilə əlaqə saxlayacaq.
Qeyd edək ki, İlkay Gündoğan yayda İngiltərə “Mançester Siti”sindən “Barselona”ya keçib. Türkəsilli oyunçunun sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.