featured-image-31049

İngiltərə kubokunun final oyunu keçirilib. Msport.az xəbər verir ki, “Uembli” stadionunda təşkil olunan həlledici görüşdə “Mançester Siti” “Mançester Yunayted”lə üz-üzə gəlib.

“Şəhərlilər” 2:1 hesabı ilə qalib gələrək fəxri mükafata sahib olublar. İlkay Gündoğan 14-cü saniyədə hesabı açaraq turnirin ən erkən qolunu vurub.

33-cü dəqiqə Bruno Fernandeş penalti ilə hesaba tarazlıq gətirib.

İkinci hissənin əvvəlində İlkay dubl edib və komandasına qələbə qazandırıb- 2:1.

“Mançester Siti” tarixində yeddinci dəfə İngiltərə kubokunu qazanıb. “Siti” bu mövsüm İngiltərə Premyer Liqasında qalib gəlib. İyunun 10-da isə “İnter”lə Çempionlar Liqasının final oyunu var.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər