İlon Mask “Mançester Yunayted”i almaq istəyir
“Tesla” və “Tvitter”in sahibi İlon Mask “Mançester Yunayted” klubunu almaq haqqında düşünür.
Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, Qleyzerlər ailəsinin “qırmızı şeytanlar”ı hansı şərtlərlə satacağını izləyir.
Cümə günü tenderdə iştirak etmək üçün son tarixdir.
İngiltərənin nəhəng klubuna Səudiyyə Ərəbistanının bir neçə şirkəti də maraq göstərir.
Mask “Yunayted”i almaq istədiyini desə də, sonra bunu zarafat adlandırmışdı. Onun varidatı 178 milyard avro qiymətləndirilir.
“Mançester Yunayted”in ilkin satış qiyməti isə 5 milyard avrodan çoxdur.
Anar Abdullayev







