featured-image-73637

“İmişli”dən ayrılan hücumçu İbrahim Əliyevin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Msport.az xəbər verir ki, bu, hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu mövqelərində çıxış edən futbolçu gözlənildiyi kimi, 1-ci Liqa təmsilçisi “Şəfa”ya keçib.

Bakı klubunun baş məşqçisi Elgiz Kərəmli keçidi təsdiqləyib.

Qeyd edək ki, 26 yaşlı İbrahimin “İmişli” ilə müqaviləsinin müddəti 2026-cı gələn ilin yayına qədər nəzərdə tutulmuşdu. Cari mövsüm Premyer Liqada 9 matçda cəmi 89 dəqiqə oynayan futbolçu məhsuldar göstəriclərlə yadda qalmayıbsa, Bizon Azərbaycan Kubokunda 2 qarşılaşmada 1 qola imza atıb.

Bənzər xəbərlər