featured-image-50574

İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

“Beşiktaş” 34 yaşlı hücumçunu heyətinə qatır. Forvardla 2 illik müqavilə imzalanacaq. Onun qarşıdakı günlərdə İstanbula gedəcəyi gözlənilir.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən Roma klubunun formasını geyinir.

Bənzər xəbərlər