Çiro İmmobilenin qəzada qabırğası sınıb
Bu gün səhər saatlarında ağır avtomobil qəzasına düşən “Latsio”nun və İtaliya yığmasının hücumçusu Çiro İmmobilenin vəziyyəti ilə bağlı paytaxt klubu məlumat yayıb.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçunun onurğa sümüyü əzilib və qabırğası sınıb.
Xatırladaq ki, İmmobilenin idarə etdiyi “Land Rover” markalı avtomobil səhər saatlarında Romada tramvayla toqquşub.
ANAR







