featured-image-26182

İspaniya yığmasının hücumçusu Xoselu millidəki debüt matçında dubl edib. Msport.az xəbər verir ki, “Espanyol”un futbolçusu Norveçlə AÇ-2024-ün seçmə oyununda (3:0) 81-ci dəqiqədə meydana çıxıb, 84 və 85-ci dəqiqələrdə fərqlənib. 32 yaşlı forvard ilk görüşdə 2 qol vurduğu üçün şad olduğunu bildirib:

“İndiyə qədər inana bilmirəm ki, debüt oyunumda 2 qol vurmuşam. İstənilən oyunçu üçün başına gələcək bundan gözəl hadisə ola bilməz. Bu bütün karyeranız ərzində çəkdiyiniz zəhmətin mükafatıdır.

İndi eyforiyada olduğum dəqiqələrdə həyat yoldaşıma, anama və uşaqlarıma təşəkkür etmək istəyirəm. Mə burda olduğum üçün onlardan böyük dəstək almışam”.

ANAR  

Bənzər xəbərlər