featured-image-26522

FİFA İndoneziyanı U-20-lərin dünya çempionatının təşkilindən məhrum edib. Msport.az dünya futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, mayın 20-dən iyunun 11-dək keçiriləcək yarışın harda olacağı barədə yaxın günlərdə məlumat veriləcək.

İndoneziya Futbol Federasiyası martın 31-ə nəzərdə tutulan püşkatma mərasimini siyasi səbəblərə görə təxirə salmışdı. Balinin qubernatoru Vayan Koster ölkə rəhbərliyinə İsrailin dünya çempionatına buraxılmaması ilə bağlı müraciət etmişdi. Cakartada isə analoji tələblərlə bağlı etiraz asiyaları keçirilmişdi.

Qeyd edək ki, İndoneziyanın hakimiyyət orqanları yerli federasiyanın işinə müdaxilə etdiyinə görə, ölkə  2016-cı ildə beynəlxalq yarışlardan uzaqlaşdırmışdı. FİFA sonra cəzanı dayandırmışdı.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər